Avropa Parlamentinə Estoniyanın baş naziri Kaja Kallas Xosep Borrelin yerinə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi gətirilə bilər.
KONKRET.az xəbər verir ki, məlumatda deyilir: “Ursula fon der Leyen Avropa Komissiyasının rəhbəri, Roberta Metsola Avropa Parlamentinin sədri, Danimarkanın baş naziri Mette Fredriksen Avropa Şurasının yeni prezidenti, Kaja Kallas isə Aİ-nin ali nümayəndəsi vəzifələrinə seçilə bilər”.
Avropa Parlamentinə seçkilər 2024-cü il iyunun 6-dan 9-dək Aİ-nin bütün ölkələrində keçiriləcək. Avropa Komissiyasının yeni tərkibi isə noyabrda işə başlayacaq.
Vəli Həsənov,
KONKRET.az
