Avropa Şurası yanında daimi nümayəndə: “Ermənistan Azərbaycanda terror törədir”backend

Avropa Şurası yanında daimi nümayəndə: “Ermənistan Azərbaycanda terror törədir"

“Ermənistan Azərbaycanda terror törədir, onlar tərəfindən basdırılan minalar günahsız insanlara zərər verir”.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov tviterdə yazıb.

“Ağdam rayonunda son mina partlaması nəticəsində daha 2 mülki şəxs xəsarət alıb. 2020-ci ildə münaqişənin başa çatmasından sonra mina partlayışları nəticəsində 259 azərbaycanlı həlak olub və ya yaralanıb”, – paylaşımda qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*