Avropa Şurasının baş katibi: “İlham Əliyevlə Paşinyanın növbəti görüşü ümidverici olacaq”backend

Avropa Şurasının baş katibi: “İlham Əliyevlə Paşinyanın növbəti görüşü ümidverici olacaq”

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Azərbaycan və Ermənistan liderləri – İlham Əliyev və Nikol Paşinyanın növbəti görüşünü ümidverici hesab edib.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə o, İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündən sonra bildirib.

O, sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın fəaliyyəti ilə erməni nazirin bəyanatını müsbət qiymətləndirib.

Avropalı diplomatın sözlərinə görə, barışığa inamla irəliləmək lazımdır və buna nail olmaq üçün bütün təşəbbüslər alqışlanmalıdır. Bu kontekstdə o, iki ölkə ictimaiyyətinin nümayəndələrinin may ayında Avropa Şurasının himayəsi altında Venesiyada keçirilən görüşünü qeyd edib, Ermənistan rəhbərliyinə göstərdikləri köməyə görə təşəkkür edib və gələcək əməkdaşlığa hazır olduğunu bildirib.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*