“Avropada müharibə mümkündür” – Finlandiya XİNbackend

"Avropada müharibə mümkündür" - Finlandiya XİN

Ukraynadan kənarda Avropada müharibə “əlbəttə” mümkündür.

KONKRET.az xəbər veri ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto CNN-ə bildirib:

“Əlbəttə, mümkündür. Ona görə də hazırda Ukraynaya dəstək vermək çox vacibdir” – Haavisto bildirib.

Ukraynanın müharibədə qalib gələ biləcəyi sualına Haavisto belə cavab verib: “Onlar vəziyyəti xilas edə bilər və bu mənada bu döyüşdə qalib gələ bilərlər. Düşünürəm ki, onlar təbii ki, mənəvi cəhətdən yuxarıdadırlar. Onlar çox birləşiblər. Onların bizim dəstəyimizə ehtiyacı var”, o əlavə edib.

Onun sözlərinə görə, Avropanın təhlükəsizlik arxitekturası pozulub. “Düşünürəm ki, bu, yeni reallıqdır. Bu, yeni vəziyyətdir, Rusiya ilə başqa ölkələr arasında yeni tipli dəmir divar yaranıb. Təbii ki, bunun əsasında Rusiyanın qonşusu Ukraynaya təcavüzü dayanır” -deyən Pekka əlavə edib ki, Ukraynadakı müharibə “təhlükəsizlik mühitini dəyişib”.

Pekka həmçinin bildirib ki, dünyanı Soyuq Müharibə Kuba raket böhranına qaytaran “nüvə və kimyəvi silahlarla bağlı tutarsız söhbətlər” qorxusu var. “Bəli, bizim güclü ənənəvi ordumuz var. Bizdə F-35 və s. Bəs qeyri-ənənəvi silahlarla təhdid ediləcəyiksə necə?”-deyə xarici işlər naziri Pekka Haavisto bilidirb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*