Avropada vandallıq halları artır – Sərt cəzalar tətbiq ediləcəkbackend

Avropada vandallıq halları artır - Sərt cəzalar tətbiq ediləcək

Hollandiyalı turist Herkulaneumda (Neapol yaxınlığında) qədim Roma evinin freskasını dağıdıb, 79-cu ildə Vezuvi vulkanının püskürməsindən sağ qalan binaya ziyan vurub.

KONKRET.az xəbər verir ki, arxeoloji qazıntı işçiləri divarın ağ hissəsində qara boya ilə yazılmış qraffiti tapdıqdan sonra 27 yaşlı turistin şəxsiyyəti tez bir zamanda müəyyən edilib. Polis müəyyən edib ki, qraffiti kişi cinsindən olan turist cızıb.

Turist vandallıqda ittiham olunub.

Qeyd edək ki, İtaliyada turistlərin tarixi abidələrə müdaxilə halları ilk dəfə deyil. Keçən il sosial şəbəkələrdə İngiltərədən gələn qonağın açarla Roma Kolizeyinin divarına öz və sevgilisinin adlarını həkk etdiyi video yayımlanmışdı. Ötən il qraffiti rəssamları Milanda II Vittorio Emanuele Qalereyasının (şəhərin mərkəzindəki nüfuzlu ticarət mərkəzi) daş fasadını “bəzəyiblər”. Turistlər vandallıqda ittiham olunsa da, həbs edilməyib.

İtaliyada təkrarlanan vandalizm aktlarına cavab olaraq, bu il abidələrə və mədəniyyət obyektlərinə zərər verənlərə qarşı daha sərt cəzalar tətbiq edilib, abidələrin zədələnməsində təqsirli bilinənlər üçün 40 min avroya qədər cərimə nəzərdə tutulub.

Günel Mikayılova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*