“Avroviziya”da xəta: Azərbaycan 12 xalı Britaniyaya verməyib!backend

“Avroviziya”da XƏTA: Azərbaycan 12 xalı Britaniyaya verməyib!

Xəbər verdiyimiz kimi, “Avroviziya” mahnı müsabiqəsində münsif səsverməsi zamanı texniki problem yaşanıb.

KONKRET.az-ın məlumatına görə, bu səbəbdən əvvəlcədən planlaşdırıldığı kimi, Azərbaycandan səsləri İTV-nin aparıcısı Nərmin Salmanova yox, yarışmada Martin açıqlayıb.

Martin Azərbaycanın 12 xalı Böyük Britaniyaya verdiyi açıqlasa da, bunun əslində belə olmadığı məlum olub. Belə ki, Nərmin Salmanova İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində Azərbaycanın 12 xalı əslində Ukraynaya verdiyini açıqlayıb. Məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, yarışın qalibi Ukrayna olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*