Əri məşhur teleaparıcını evində güllələdibackend

Əri məşhur teleaparıcını evində güllələdi

Pakistanlı məşhur televiziya xəbərləri aparıcısı Rabiyə Əhsən Ravalpindi şəhərində yerləşən evində ölü tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Məlumata görə, qohumları 41 yaşlı aparıcını yataq otağında qan içində aşkarlayıblar. O, aldığı güllə yaralarından həyatını itirib.

Öldürülən qadının yanında əlində tapança olan əri dayanıbmış. Kişi hadisə yerinə gələn polis əməkdaşlarına silahın dolu olduğunu bilmədiyi üçün arvadını təsadüfən vurduğunu bildirib.

O, hazırda nəzarət altındadır. Cütlük 16 il evli olub. Onların 13 və 11 yaşlarında iki qızı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*