Avstriya dörd rus diplomatını “persona non-qrata” elan edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” Avstriya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, diplomatlardan ikisi BMT-nin Vyanadakı daimi nümayəndəliyinin üzvü, digər ikisi isə səfirliyin əməkdaşıdır.
“Rusiya səfirliyinin iki əməkdaşı diplomatik statusları ilə bir araya sığmayan hərəkətlərə yol verib. Buna görə də onlar Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq arzuolunmaz şəxslər elan ediliblər.
Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin iki diplomat da Baş Qərargah Sazişinə uyğun olmayan hərəkətlər edib. Bununla əlaqədar olaraq onlardan Avstriya Respublikasının ərazisini tərk etmələri tələb olunub”, – nazirliyin açıqlamasında deyilir.
İqbal Rzayev,
KONKRET.az
