Avstriyanın İsraildəki səfirliyinə raket atıldıbackend

Avstriyanın İsraildəki səfirliyinə raket atıldı

Avstriyanın Təl-Əvivdəki səfirliyinin binasına raket atılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Avstriyanın İsraildəki səfiri Hanna Liko Tvitter səhifəsində yazıb.
“Avstriya səfirliyinin Ramat-Qandakı binasının yaxınlığında bir az əvvəl raket partladı. Xoşbəxtlikdən hamımız təhlükəsizlikdəyik. Bunu təcili olaraq dayandırmaq lazımdır”, – səfir bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Qəzza zolağında baş verənlərlə əlaqədar Təl-Əvivlə həmrəylik əlaməti olaraq Avstriya Kanslerinin Ofisi yerləşən binada və Avstriya Xarici İşlər Nazirliyinin binasında İsrail bayraqları qaldırılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*