backend

Avtobus sürücüləri qiymət artımına etiraz ediblər

Bu gün səhər saatlarında 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların sürücüləri etiraz olaraq xidmət göstərməkdən imtina ediblər.

KONKRET.AZ Bizimyol.info – ya istinadən xəbər verir ki, sürücülərin etiraz etməsinə səbəb daşıyıcı şirkətin planın tarifini (qiymətini) qaldırmasıdır.

Sürücülər xidmət göstərməkdən imtina etdiyi üçün 194 nömrəli müntəzəm marşrut xətdə 211 nömrəli müntəzəm marşrut üzrə avtobuslar hərəkət ediblər.

Məlumata görə, 194 nömrəli müntəzəm marşrut xətti və 211 nömrəli müntəzəm marşrut xətti iki qardaşa məxsus daşıyıcı şirkətlərə verilib.

Bu şirkətlərin qarajı Qaradağ rayonu Lökbatan qəsəbəsində eyni yerdə yerləşirlər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən açıqlama verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*