“Avtomobil idarə edən bilməyən şəxsə sürücülük vəsiqəsinin verilməsi cinayətdir” – AÇIQLAMAbackend

“Avtomobil idarə edən bilməyən şəxsə sürücülük vəsiqəsinin verilməsi cinayətdir” - AÇIQLAMA

“Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov dostumuzdur, amma artıq yaşlanıb. Gedib bir az nəvələri ilə vaxt keçirsə yaxşı olar. Amma bu o demək deyil ki, gənc kadrlar gəlsə, heç bir rüşvət və korrupsiya hallarına rast gəlinməyəcək”.

Bunu KONKRET.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri bildirib ki, ümumiyyətlə, avtomobil idarə edən bilməyən şəxsə sürücülük vəsiqəsinin rüşvət qarşılığında təqdim edilməsi cinayətdir, bu kimi halların qarşısı təcili alınmalıdır: “Açığı, sürücülük vəsiqələrinin rüşvətlə verilməsi hallarına şəxsən rastlamamışam. Vəsiqəmi 30-40 il əvvəl almışam, indi dəyişəndə də “ASAN Xidmət” vasitəsilə həll edirəm. Lakin bu cür halların baş verdiyinə dair şikayətlərlə tez-tez qarşılaşırıq. Avtomobil idarə edən bilməyən şəxsə sürücülük vəsiqəsinin verilməsi cinayətdir. Çünki həmin şəxslərin avtomobil idarə etməsi təhlükəlidir, onlar yol hərəkəti qaydalarına riayət edə bilmədikləri üçün hər an qəza törədə bilərlər. Hesab edirəm ki, problem kökündən həll edilməlidir. Bu gün Əli getdi, Vəli gəldi – bununla iş həll olmur. Kök varsa, kəssən də münbit şərait yaranan kimi yenidən boy atmağa başlayır. Ramiz Zeynalov dostumuzdur, amma artıq yaşlanıb. Gedib bir az nəvələri ilə vaxt keçirsə, yaxşı olar. Amma bu, o demək deyil ki, gənc kadrlar gəlsə heç bir rüşvət və korrupsiya hallarına rast gəlinməyəcək. Əksinə, indi cavanlar rüşvətə daha çox meyillidirlər. Çünki onların ailə ehtiyacları da çox olur. İstənilən halda, hesab edirəm ki, problemi təcili olaraq həll etmək lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*