Avtovağzalda 6 nəfər öldürüldü – Meksikadabackend

Avtovağzalda 6 nəfər öldürüldü - Meksikada

Meksikanın Morelos Ştatındakı Kuernavake bölgəsində dəhşətli cinayət hadisəsi qeydə alınıb. Belə ki, “Estrellya de Oro” avtobus terminalına silahlı hücum olub. Konkret.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında meydana gəlib. İlk məlumatlara görə, hücum stansiyada olan konkret insanlara yönəldilib. Beş nəfər elə yerindəcə keçinib, daha biri isə aldığı xəsarətlərdən dünyasını dəyişib. Hücumun məqsədi turistlər və ya stansiyaya gələn digər qonaqlar olmayıb. Meksikanın hüquq-mühafizə orqanları ayağa qalxıb. Faktla bağlı genişmiqyaslı əməliyyat tədbirləri keçirilir.

Son bir həftə ərzində Morelos Ştatında 17 qəsdən adam öldürmə hadisəsi qeydə alınıb. Dövlət Təhlükəsizlik Komissiyası bölgədəki şiddətli cinayətlərin artmasını cinayətkar qruplardan birinin baronu Santiyaqo Masarinin son həbsindən sonra cinayətkar dəstələr arasında təsir uğrunda mübarizə ilə əlaqələndirir.

Fadil Tahiroğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*