Az bal toplayan abituriyentlərə ŞAD XƏBƏR – VİDEObackend

Az bal toplayan abituriyentlərə ŞAD XƏBƏR - VİDEO

“Bu il ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə plan yerləri kəskin şəkildə artıb. Ötən il bu rəqəm 51 min idisə, bu il bu rəqəm 60 min olacaq”.

KONKRET.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov “Xəzər Xəbər”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu hal keçid ballarının aşağı düşməsinə şərait yaradacaq.

Ekspert deyib ki, bu il dövlət sifarişli plan yerlərinin sayı da artıb. Bu səbəbdən az bal toplayanların ödənişsiz oxumaq imkanı yüksəkdir.

Kamran Əsədov bildirir ki, ixtisasların keçid ballarında ciddi artım gözlənilmir.

Qeyd edək ki, ixtisas seçiminin avqustun ilk 10 günlüyündə başlayacağı gözlənilir.

Dövlət İmtahan Mərkəzindən isə bildirildi ki, bu il müsabiqə şərtlərində heç bir dəyişiklik nəzərdə tutulmayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Zeynəb
    İyul 29, 2023 - 10:47

    Peşə məktəblərinədə yenidən imtahan vermək olar?

  • Lalə
    İyul 29, 2023 - 19:45

    İnformatikadan limiti azaldında az bal yığanlar üçün🥺 ümumi bal205di ama 64dü blok Rİ üzrə:(

Lalə üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*