Az qala hər evdə olan bu məhsul bomba kimi partladı: 6 nəfər yaralandıbackend

Az qala hər evdə olan bu məhsul bomba kimi partladı: 6 nəfər yaralandı

Türkiyənin Şanlıurfa bölgəsində marketlər şəbəkəsindən birində çanaq tıxanıqlığını açmaq üçün istifadə edilən kimyəvi maddə bomba kimi partlayıb. Partlayış nəticəsində 6 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, hadisə Haliliyyə rayonunun Əhməd Yəsəvi məhəlləsində baş verib. Marketlər şəbəkəsinin məsul şəxsi tutulan çanaq axacağını açmaq üçün su santexnikinə xəbər verib. Marketə gələn 3 santexnik mətbəx hissəsindəki çanaq axacağını açmaq üçün içinə kimyəvi maye açıcı tökərək təmizləməyə çalışıb.

Üzərinə isti su tökülən maye maddənin bomba kimi partlaması nəticəsində 3-ü santexnik, 3-ü də market işçisi olmaqla 6 nəfər yaralanıb.

Bədənlərinin müxtəlif yerlərində yanıqlar yaranan 6 nəfər çağırış üzrə hadisə yerinə gələn təcili tibbi yardım briqadaları tərəfindən ambulansla şəhər mərkəzindəki xəstəxanalara aparılıb. Polis və Fövqəladə Hallar İdarəsinin (AFAD) əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.\\milli.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*