Azad olunan ərazilərdə 4 çayda avtomat stansiyalar sensorlarla təchiz ediləcəkbackend

Azad olunan ərazilərdə 4 çayda avtomat stansiyalar sensorlarla təchiz ediləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi azad olunan ərazilərdə çaylar üzərində 10 avtomat hidrometeoroloji stansiya quraşdıracaq”.

KONKRET.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, 4 çayda – Bəsitçay, Oxçuçay, Bərgüşad və Araz çaylarında quraşdırılacaq avtomat stansiyalar keyfiyyət sensorları ilə təchiz ediləcək: “Avtomat stansiyalar çayın çirklənməsini onlayn olaraq avtomatik və fasiləsiz mütəmadi müəyyən edəcək. İstər beynəlxalq qurumlar, istərsə də Azərbaycanın istənilən yerli qurumu həmin stansiyalar vasitəsilə çayın çirklənmə səviyyəsi barədə onlayn məlumat ala biləcəklər”./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*