Azad olunan ərazilərdə indiyədək aşkarlanan minaların sayı AÇIQLANDIbackend

Azad olunan ərazilərdə indiyədək aşkarlanan minaların sayı AÇIQLANDI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan KONKRET.az-a verilən məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 364, tank əleyhinə 148 mina və 1098 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 2 847 807 m² (285 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məlumata görə, ötən ilin noyabrın 10-dan bu il aprelin 30-dək piyada əleyhinə 7 086, tank əleyhinə 3 574 mina və 7 943 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ümumilikdə 20 280 727 m² (2 028 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*