Azad olunan ərazilərdə ötən ay aşkarlanan minaların sayı AÇIQLANDIbackend

Azad olunan ərazilərdə ötən ay aşkarlanan minaların sayı AÇIQLANDI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan KONKRET.az-a verilən məlumata görə, oktyabrın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 338, tank əleyhinə 154 mina və 1 389 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 408 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*