“Azadlıq” radiosu Qazaxıstan XİN-i məhkəməyə verdibackend

“Azadlıq” radiosu Qazaxıstan XİN-i məhkəməyə verdi

ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Radio Azadlıq”ın Qazaxıstan bölməsi olan “Azattık” radiosu Qazaxıstan Xarici İşlər Nazirliyinə qarşı iddia qaldırıb.

KONKRET.az xəbər verir ki, iddiaya səbəb Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin sözügedən radionun 36 əməkdaşını akkreditasiyadan imtina etməsi olub.

Qeyd edək ki, Qazaxıstanda milli təhlükəsizliyi təhdid edən xarici KİV və onların jurnalistlərinin fəaliyyətini qadağan edən təkliflər gündəmdədir. Parlamentin deputatları respublikanın qanunvericiliyinə müvafiq dəyişikliklər ediblər.

Qanunvericiliyə təklif olunan dəyişikliklər qəbul olunarsa, Xarici İşlər Nazirliyi xarici kütləvi informasiya vasitələrinin nümayəndəliklərini və onlarla çalışan jurnalistləri respublikanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirəcək və onların akkreditasiyasından imtina etmək hüququna malik olacaq.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*