AZAL cərimələndi – QƏRARbackend

AZAL cərimələndi - QƏRAR

Xəzər Rayon Məhkəməsində “Azərbaycan Hava Yolları” QSC (AZAL) barəsində yazılmış cərimə protokoluna baxılıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, inzibati tənbeh tətbiq edilib, yəni şirkətə cərimə kəsilib.

Qeyd: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 295.2-ci (Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub. (Pravda.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*