Bədbəxt hadisə: sərnişin “BakuBus”dan yıxılıb xəsarət aldıbackend

Bədbəxt hadisə: sərnişin "BakuBus"dan yıxılıb xəsarət aldı

Gəncədə H.Əliyev prospektində “BakuBus”a məxsus 14 nömrəli ictimai nəqliyyat vasitəsi hərəkətdə olarkən sərnişin- 1989-cu il təvəllüdlü Xəyalə Verdiyeva yıxılaraq xəsarət alıb.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, yaralı Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.

Məlumat üçün bildirək ki, Gəncədə sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin əksəriyyəti “BakuBus”a məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*