Məğlubiyyətlərini hələ də həzm edə bilməyən erməni siyasi dairələri düşdükləri vəziyyətə görə hazırkı hakimiyyəti ittiham edirlər. Reallığı qəbul etmək istəməyən ermənilər Azərbaycan dövlətinin gücünü, ordumuzun qüdrətini etiraf etməyi özlərinə sığışdırmırlar. Amma aralarında reallıqla barışanlar da tapılır.
KONKRET.az xəbər verir ki, Ermənistanın Alternativ Layihələr qrupunun sədri Vahe Ovhannisyan öz məqaləsində məğlubiyyətlərini belə şərh edib: “Azərbaycan bizi niyə məhv etdi? Biz hələ də bu suala real, dürüst cavab verə bilməmişik. Bu sualın cavabı Ermənistanın qarşısına daha ciddi dövlətin çıxması idi. İlham Əliyev bu illər ərzində daha ciddi dövlət qura bilib. Ciddi dövlətlər ciddi müttəfiqlər əldə edir, qarşısına ciddi hədəflər qoyur, ciddi sistemlər yaradır, ciddi hesablamalar aparır. Düşməni kobud səhvə görə yaxalayır və darmadağın edir. Bütün inanılmaz səhvlərdən və məğlubiyyətlərdən sonra hakimiyyət dəyişmədikdə, müxalifət öz sakit işini davam etdirir və Qarabağın təslim olmasından dərhal sonra heç bir şeyin təsadüfən baş vermədiyini başa düşürsən.
Məlum olur ki, Ermənistanda dövlət ciddiliyi tükənib və hakimiyyət əziyyət çəkir. Son üç ildə hadisələrin gedişatını anlayan, məhdud imkanlar daxilində əlindən gələni edən şəxslərin təbəqəsi formalaşdı. Bu gün müxtəlif ofislərdə intensiv müzakirələr gedir. Bizim dağıdılan, qeyri-müəyyən perspektivə malik dövlətimiz və geniş çaşqınlıq içində ölkəni tərk etmək istəyən cəmiyyətimiz var. Bütün ictimai rəy sorğularının nəticələri eyni şeyi ifadə edir. Lakin sorğularda iştirak edənlər reallığı qəbul etmək istəmir.
Onlar başa düşmürlər ki, bu şəraitdə bizə müxalifət yox, ciddi hakimiyyət lazımdır. Buna nail olmaq üçün ciddi rəhbərliyə ehtiyacımız var. O, yeni elitanın formalaşdırılması, qısa və uzunmüddətli milli məqsədlərin və oyun qaydalarının formalaşdırılması problemini qoymalıdır. Məqsəd bu olmalıdır. Bunu etməsək, faciə olacaq. Biz dövlətin, xalqın parçalanmasının dərinliyini yaxşı başa düşmürük. Amma Ermənistan tarixi uçurum qarşısındadır. Biz qışqırmaq üçün platforma istəmirik. Biz dövlətin və erməni dünyasının yeni elitanın rüşeyminə çevriləcək platforma-rəhbərliyini formalaşdırmalıyıq”.
Bundan əvvəlki yazılarında od püskürən Ovannesyan artıq reallıqla barışır və Ermənistanın bir dövlət kimi məhv olmasından narahatdır. Erməni siyasi ekspertlərin əksəriyyətində baş qaldıran bu qorxu hissi əbəs yerə deyil. Paşinyanın Qərbi Ermənistana pərçim etməsi və regiondan əl çəkmək istəməyən Rusiyanın ermənilərə diş qıcaması onları daha da əndişələndirir. Üstəlik minlərlə insanın ölkəni tərk etməsi də onların planlarına daxil deyil. Deməli, Ermənistanı daha ağır günlər gözləyir.
Vəli Həsənov
KONKRET.az
Ermənilər nənələri Anahidin taleyini yaşayırlar.Bu f…sə tayasi Bizansa xəyanət edib özünü Böyük Səlcukluya,Səlcukluya xəyanət edib , özünü Monqolamonqola xəyanət edib özünü Osmanliya, Osmanliya,Osmanliya xəyanət edib özünü rusa, indi də rusa xəyanət edib yeni ər axtarışındadır.