“Ermənistanda polisin bugünkü qəddar əməliyyatı ağlasığmazdır”.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni siyasətçi Vardan Voskanyan deyib.
Onun sözlərinə görə, “2020-ci ildən Ermənistan daxili siyasi böhranlar məngənəsindən çıxa bilmir. Bunun əsas səbəbi xarici təhlükəsizlik çağırışı və onları müntəzəm olaraq idarə edə və neytrallaşdıra bilməyən hakimiyyətdir”.
O daha sonra fikrini belə davam etdirib:
“Ermənistan artıq düşmən tərəfindən rüsvay edilib. Ölkəmiz parça-parça olmaqdan, deportasiyalardan və qeyri-müəyyən gələcəkdən usanıb.
Belə bir vəziyyət uzun müddət davam edə bilməz və dəyişikliklər qaçılmaz olsa da, hələ ki, baş vermir”.
Natiq Səlim,
KONKRET.az