Azərbaycan bu ölkəyə vaxtında əlini uzatdı – İqor Yuşkovun AÇIQLAMASIbackend

Azərbaycan bu ölkəyə vaxtında əlini uzatdı - İqor Yuşkovun AÇIQLAMASI

“Dostluq” yatağının birgə istismarı Türkmənistana Azərbaycan üzərində Avropaya çıxış imkanı verir – İqor Yuşkov

“Çin xüsusi tədarükçünün payını artırmaq istəmədən Türkmənistan qaz ixracını artıra bilmir. Rusiyanınsa Türkmənistan qazının əlavə tədarükünə ehtiyacı yoxdur. Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz boru kəməri layihəsi hələ də fantaziya kateqoriyasındadır.Ona görə də Türkmənstan indiki vəziyyətdə Azərbaycan üzərindən Avropaya qaz ixrac etməkdə çox maraqlıdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Azərbaycanla Türkmənstanın birgə işləyəcəyi “Dostluq” yatağının perspektivi barədə danışan Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki və Rusiya hökuməti yanında Maliyyə Universitetinin mütəxəssisi İqor Yuşkov səsləndirib.

Analitikin fikrincə, Aşqabad yanacaq göndərmək üçün yeni istiqamətlər axtarırdı. Və bu məsələdə Bakı Aşqabada öz əlini uzatdı. Ehtiyatları baxımından kiçik olan “Dostluq” yatağı Avropaya qaz tədarükü üçün əlverişli bir layihədir. Bu layihə imkan verəcək ki, yaxın gələcəkdə Türkmənistanın digər mənbələrdən əldə etdiyi qazı asanlıqla Avropaya ötürsün.

Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*