“Azərbaycan bununla Ermənistanın başını bir daha aşağı etdi” – Kuznetsovbackend

"Azərbaycan bununla Ermənistanın başını bir daha aşağı etdi" - Kuznetsov

Erməni siyasətçilərin və jurnalistlərin Bakıda Hərbi Qənimətlər Parkının açılmasından hiddətlənməsinin səbəbi tamamilə aydındır.

KONKRET.az xəbər verir ki, bunu açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

“Bu cür muzeylər müharibələrdən sonra zəfər çalmış ölkələrdə açılır. Mən burada dünyanın onlarla ölkəsində yerləşən hərbi qənimətlər muzeylərini sadalamayacağam. Amma inanın ki, bu tip muzeylər həqiqətən də çoxdur. Bu muzeylər özündə iki ideoloji yük daşıyır: qaliblərə zəfərini xatırladır, məğlublara isə göz dağı olur”, – deyə müsahibimiz bildirib.

Onun sözlərinə görə, qədim romalılar belə muzeyləri “Məğlubların bəlası” adlandırırdı:

“Bu gün erməni təbliğatı müxtəlif nağıllar uydurur ki, guya erməni ordusu 2020-ci ilin payızında darmadağın olmayıb, guya məhv edilən mifik “artsax müdafiə ordusu” olub. Bakı bu muzeyi açmaqla bu sərsəm fikirlərin də üzərindən yağlı xətt çəkdi. Azərbaycanın Hərbi Qənimətlər Parkındakı bəzi eksponatlar məhz Ermənistan ordusunun məhv edilməsinin əyani sübutudur. Ermənilər hazırda məğlubiyyəti və qurbanları xatırlamaq istəmir. Onlar bu biabırçı məğlubiyyəti yaddan çıxarmaq istəyərkən Bakı bu açılışı edir, qənimətləri bütün dünyaya nümayiş etdirir. Erməni ordusunun başını bir daha aşağı edir. Çünki 30 il ərzində məhz bu müzeydəki dəbilqələri başlarına taxan erməni əsgərlər Azərbaycan torpağını işğal altında saxlayıb. Günahsız kəndliləri qırıb, dinc şəhərlərə bombalar atıb.

İndi bəzi ağzıgöyçəklər deyir ki, Bakı nəyi isə səhv edir. Bu gülməlidir!

Ermənistan hakimiyyəti öz xalqının başını yenidən aldadıb, müharibə məğlubiyyətinin, çoxlu sayda itkinin yaddan çıxması üçün əlindən gələni edərkən, Bakı bu mövzuda da yumruğunu göstərə bilir”, – deyə Kuznetsov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*