Azərbaycan Ermənistandan təzminat TƏLƏB EDİRbackend

Azərbaycan Ermənistandan təzminat TƏLƏB EDİR

Azərbaycan Ermənistandan təzminat tələb edir.

KONKRET.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 2023-cü il yanvarın 18-də Azərbaycan Bern Konvensiyasına uyğun olaraq “Avropada vəhşi fauna və floranın və təbii yaşayış mühitinin mühafizəsi haqqında” ilk dövlətlərarası arbitraj prosesinin təşəbbüskarı olub.

Qeyd edildiyi kimi, bu tarixi arbitraj işinin məqsədi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 ilə yaxındır ki, qanunsuz işğalı dövründə Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyaslı məhvinə görə Ermənistanı məsuliyyətə cəlb etməkdir.

Qeyd olunur ki, Azərbaycan tərəfi təzminat tələb edir.

Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanı dünyanın ən zəngin və bioloji müxtəlif ekosistemlərdən birinin işğalı zamanı məhv edilməsinə görə qınamağa çağırır.

Arbitraj prosesi çərçivəsində Azərbaycan Ermənistandan Bern Konvensiyasının bütün davam edən pozuntularına son qoymağı və işğal altında olan ərazilərin ətraf mühitinin məhvinə görə Azərbaycana tam təzminat ödəməyi tələb edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*