“Əsas problem İrəvandadır”.
KONKRET.az xəbər verir ki, bunu keçmiş deputat Arsen Culfalakyan Facebook səhifəsində yazıb.
“Azərbaycan Qarabağ, Zəngəzur və ya digər tarixi erməni ərazilərini yox, bütün Ermənistanı məhv etmək istəyir.
Anlayın, ermənilər, çünki hər şey çox aydındır. Sadəcə bir səbəbdən Azərbaycanla sülh ola bilməz. Bu dövlət Ermənistanı yox etmək istəyir.
O, paytaxt İrəvan qarışıq bütün ölkəni istəyir.
Düşmən ölkənin liderinin bütün siyasi komandası və müttəfiqi Türkiyə ilə birlikdə nə dediyini, nə etdiyini dinləmək, oxumaq, görmək həqiqətənmi çətindir?
Ermənistanda oturub Azərbaycanın bütün tələblərini yerinə yetirmək üçün təslim olmağa çalışan bu pislik nə edir?
Yaxşı, o və dəstəsi soysuz satqındırlar, bəs sizə nə olub? Bir neçə milyon insanın reallıqdan niyə bu qədər aralanıb?
Bizim əsas problemimiz İrəvandadır”, – deyə o yazıb.
Xuraman Etibarlı,
KONKRET.az

Ay sağolma! Düz tapmısan. Tamamilə doğrudur. Toç ba toç elə olacaq..
Halal olsun erməni dığası, düz deyirsən bütün İrəvan xanlığı(indiki adı ermənistan olan) bizimdir vəxoşluqla verməsəniz zorla alacağıq. O torpaqlardan qovulan, öldürülən insanlarımızın qanı yerdə qalmayacaq.