Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,37 ABŞ dolları, yaxud 1,45 % azalaraq 93,10 ABŞ dolları təşkil edib.
KONKRET.az xəbər verir ki, hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 92,86 ABŞ dollarına satılıb.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.