Qarabağın ürəyi sayılan Şuşanın azad edilməsi bu müharibənin sonunu müəyyən edir, cünki bu şəhərin həm taktiki, həmdə psixoloji cəhətdən çox vacib əhəmiyyəti var.
Bu fikirlər “Caliber” “YouTube” kanalında yerləşdirilən videoda yer alır.
“Xocavənddə Azərbaycan qüvvələrinin fəaliyyəti əsasən şəhərin təmizlənməsinə yönəlib və yaxın zamanda bu məntəqənin işğaldan azad edilməsi xəbərinin elan olunacağı istisna edilmir. Bundan başqa, Azərbaycan Ordusu Ağdam və Ağdərə istiqamətində əməliyyatları fəallaşdırıb. Erməni tərəfi yenə də inadkarlığına davam etsə, Azərbaycan silahlı qüvvələri Xankəndiyə hücuma başlaya bilər”, – kanalın təhlilində bildirilir.
