Azərbaycan Ordusu Ağdərə istiqamətində İRƏLİLƏDİbackend

Azərbaycan Ordusu Ağdərə istiqamətində İRƏLİLƏDİ

Azərbaycan Ordusu Ağdərə bölgəsindəki Sırxavənd (Nor Qazançı) kəndi istiqamətində mövqelərini 370 metr irəli çəkib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mənbələr yazır.

Kənd icmasının “rəhbəri” Ruslan Arstamyan bildirib ki, azərbaycanlıların mövqeyi Vank-Drambon (Vəngli-Heyvalı) kəsişməsindən 1,5 kilometr məsafədə yerləşirdi:

“370 metr irəlilədilər və mövqeləri tutdular. İki erməni mövqeyinin kəndə tərəf 300 metr geri çəkilməsini tələb etdilər və yalnız bundan sonra geri çəkiləcəklərini bildirdilər”.

Sülhməramlıların iştirakı ilə keçirilən danışıqlarda Azərbaycan hərbçiləri mövqelərini dəyişdirməyib./publika.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*