“Azərbaycan Ordusu Xankəndi ətrafındadır” – Qondarma rejimin sözçüsübackend

“Azərbaycan Ordusu Xankəndi ətrafındadır” - Qondarma rejimin sözçüsü

Ermənistan rəhbərliyi Şuşanın Azərbaycan ordusu tərəfindən azad olunduğunu etiraf etməyə davam edir. Günün birinci yarısında özünü qondarma “Dağlıq Qarabağ respublikasının“ prezidenti kimi təqdim edən Araik Arutyunyanın feysbuk hesabındakı etirafdan sonra onun “sözçüsü” də Şuşaya nəzarəti itirdiklərini elan edib.

KONKRET.az-ın məlumatına görə, Vaqram Poqosyan bu barədə “Facebook” səhifəsində yazıb.

“Təəssüf ki, uğursuzluqlar zənciri bizi izləyir və Şuşa tamamilə nəzarətimizdən kənardadır”, – deyə separatçı rejimin sözçüsü bildirib.

O həmçinin qeyd edib ki, Azərbaycan Ordusu artıq Xankəndi ətrafındadır.qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*