Azərbaycan Premyer Liqasında bürünc medalların sahibi bəlli oldubackend

Azərbaycan Premyer Liqasında bürünc medalların sahibi bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün sonuncu – XXVIII turuna start verilib.

KONKRET.az-ın məlumatına görə, bürünc medalların taleyini yaxından maraqlandıran oyunlarda “Zirə” “Şamaxı”nı, “Qəbələ” isə “Sabah”ı qəbul edib.

Paytaxtdakı matçda qapılara qol vurulmayıb. 87-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Hamidu Keyta birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Əyalətdəki qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Qırmızı-qaralar”dan 68-ci dəqiqədə Murad Musayev, qonaqlardan isə 86-cı dəqiqədə Aleksey Kaşuk fərqlənib.

Beləliklə, bu nəticələrdən sonra “Zirə” xallarını 47-yə çatdıraraq, 3-cü pillədəki mövqeyini qoruyub və bürünc medallara sahib çıxıb. “Şamaxı” hələlik 22 xalla 6-cı sıradadır.

45 xalı olan “Qəbələ” mövsümü 4-cü, 41 xalı olan “Sabah” isə 5-ci yerdə bitirib.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Sumqayıt” – “Səbail” və “Qarabağ” – “Neftçi” matçları ilə yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*