Azərbaycan Premyer Liqasının medalçıları mükafatlandırıldıbackend

Azərbaycan Premyer Liqasının medalçıları mükafatlandırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün medalçıları mükafatlandırılıb.

KONKRET.az-ın məlumatına görə, “Qarabağ”a çempionluq kuboku təqdim olunub. Ağdam klubu Peşəkar Futbol Liqasından “Qarabağ”ın şəhid azarkeşi Məhəmmədəli İbrahimli üçün də medal istəyib. Medal mərasimdə onun atasına təqdim olunub.

“Neftçi” gümüş, “Zirə” isə bürünc medallara layiq görülüb.

12 qolla çempionatın ən sərrast futbolçusu olan “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesə isə xüsusi mükafat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*