“Azərbaycan Qara gölə nəzarətlə yanaşı, Ermənistana təzyiq vasitəsi əldə edir”- Erməni ekspertbackend

Azərbaycan Qara gölə nəzarətlə yanaşı, Ermənistana təzyiq vasitəsi əldə edir”- Erməni ekspert

“Azərbaycan Qara gölə nəzarətlə yanaşı, Ermənistana təzyiq vasitəsi əldə edir”.

KONKRET.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri siyasi ekspert Tiqran Abrahamyan öz Fasebook səhifəsində yazıb.

“Enaket” analitik mərkəzinin rəhbəri Tiqran Abrahamyan belə yazıb:

“Paşinyan Təhlükəsizlik Şurasının iclasında “Azərbaycanın silahlı qüvvələri ərazidə (İşxanasar) Ermənistan Respublikasının dövlət sərhədini keçərək 3,5 km irəlilədi və əslində Qara Gölü mühasirəyə almağa çalışır. Dünən Təhlükəsizlik Şurası iclasında komanda yoldaşlarının, müxtəlif strukturların və vəzifəli şəxslərin gerçəkliyi təhrif etməyə çalışdıqlarını, bəzi hallarda istehza və təhqiramiz ifadələrdən istifadə etdiklərini gördük. Bunları nəzərə alsaq, elə düşünmək olardı ki, hər şey Ermənistanın xeyrinə həll olunacaq. Baş nazirin sözlərinə görə, “vəziyyət kritik deyil, kritik vəziyyətə yaxındır”. Vəziyyət zahirən belə həll olunarsa, Azərbaycan qoşunları əvvəlki mövqelərinə qayıdarlar, bu halda, ehtimal ki, güzəşt başqa cəbhədə olacaq – sərhəddə və ya siyasi məsələlərdə, heç bir əhəmiyyəti yoxdur.

Yəni gecə iclası və səsləndirilən qiymətləndirmələr bunun yalnız dövlət sərhədinin pozulması hadisəsi olmadığından və daha dərin problemlərdən xəbər verir. Azərbaycan nəinki yerli problemi həll edir, əksinə, əlverişli mövqe tutmaq, Qara gölün su ehtiyatlarına nəzarət etmək və Ermənistanla danışıqlarda yeni və təsirli bir təzyiq vasitəsini əldə edir”.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*