Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqlar tezliklə BAŞ TUTA BİLƏRbackend

Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqlar tezliklə BAŞ TUTA BİLƏR

Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqlar tezliklə baş tuta bilər.

KONKRET.az xəbər verir ki, bu barədə cümə günü RİA Novosti Federasiya Şurasındakı mənbəyə istinadən məlumat yayıb.

“Federasiya Şurası gələn həftə Azərbaycan və Ermənistanla üçtərəfli parlamentlərarası dialoq aparmaq üçün danışıqlar qrupunun yaradılmasını müzakirə edəcək.  Danışıqların özü də tezliklə baş tuta bilər, ola bilsin ki, noyabrda”, – deyə parlamentin yuxarı palatasındakı mənbə bildirib.

Bundan əvvəl Rusiya, Azərbaycan və Ermənistan başçıları Rusiyanın vasitəçiliyi ilə dialoqun davam etdirilməsi üçün Bakı və İrəvan arasında müsbət atmosferin yaradılmasının vacibliyini qeyd edən birgə bəyanat imzalayıblar. Ölkələrin üçtərəfli parlamentlərarası əlaqələri də mühüm əhəmiyyət kəsb edir.

“Gələn həftə Federasiya Şurası Azərbaycan və Ermənistan qanunvericiləri ilə üçtərəfli parlamentlərarası dialoq aparmaq üçün danışıqlar qrupunun yaradılmasını müzakirə edəcək”, – deyə  mənbə bildirib.

O hesab edir ki, üçtərəfli görüş “tezliklə baş tuta bilər, ola bilsin ki, noyabrda”. Məkan hələ müəyyən edilməyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*