Azərbaycan Səfirliyinin Türkiyədəki silsilə tədbirləri davam edir – FOTOLARbackend

Azərbaycan Səfirliyinin Türkiyədəki silsilə tədbirləri davam edir - FOTOLAR

Azərbaycanın Türkiyədəki səfirliyi “Azərbaycanı daha yaxından tanıyaq!” şüarı ilə həyata keçirdiyi layihə çərçivəsində növbəti Azərbaycan otağını Ankara şəhərində fəaliyyət göstərən Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyində qurub.

Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin qurulmasının 30 illiyi və 28 may – Azərbaycanın Milli Müstəqillik Günü münasibətilə liseydə Azərbaycan otağının açılış mərasimi təşkil edilib. Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və liseyin direktoru Taylan Kaya çıxış ediblər.

Səfir Rəşad Məmmədov çıxışında Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərindən danışaraq, Azərbaycan otağının ölkəmizin tarix və mədəniyyətinin gənclərə tanıdılmasında əhəmiyyətli olacacağını qeyd edib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycanın Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən bəhs edərək, bu Zəfərin Türkiyə xalqını da qürurlandırdığını, sevincimizin də, kədərimizin də bir olduğunu qeyd edib.

Daha sonra Azərbaycan otağının açılış mərasimi baş tutub. Otaqda Azərbaycanın dövlətçilik tarixi, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan xalqının rifahı və dövlətin güclənməsi naminə fəaliyyətləri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün gördüyü işlər, xalqımızın milli mədəniyyəti, tarixi şəxsiyyətləri və s. barədə ətraflı məlumat verilir.

Eyni gündə liseydə məktəblilərlə görüş təşkil olunub. Səfir Rəşad Məmmədov məktəblilərin Azərbaycanla bağlı sullarını cavablandırıb.

Tədbirin sonunda baş tutan konsert proqramında liseyin məzunları və şagirdləri Azərbaycan musiqisi ifa edib, Ankara şəhərində fəaliyyət göstərən “Xəzər” rəqs qrupu mçıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*