“Azərbaycan tərəfi sülh müqaviləsinin mətninin müzakirəsini dayandırıb” – Mirzoyanbackend

"Azərbaycan tərəfi sülh müqaviləsinin mətninin müzakirəsini dayandırıb" - Mirzoyan

“Azərbaycan tərəfi sülh müqaviləsinin mətninin müzakirəsini dayandırıb”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

O bildirib ki, erməni tərəfi bir ay əvvəl sənədin mətni ilə bağlı öz təkliflərini göndərib, lakin indiyədək Azərbaycandan cavab almayıb.

““Biz öz təkliflərimizi Azərbaycan tərəfinə göndərmişik. Artıq bir aydır ki, heç bir cavab yoxdur.

Təkliflərimizi göndərmişik, amma dediyim kimi, Azərbaycan tərəfdən indiyə qədər heç bir cavab yoxdur. Belə çıxır ki, Azərbaycan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı faktiki müzakirələri dayandırıb”, – deyə Mirzoyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*