Azərbaycan Trampın “ticarət müharibəsi”nin HƏDƏFİNDƏ: Bakıya qarşı gömrük rüsumu nə ilə nəticələnəcək?backend

Azərbaycan Trampın "ticarət müharibəsi"nin HƏDƏFİNDƏ: Bakıya qarşı gömrük rüsumu nə ilə nəticələnəcək?

ABŞ Prezidenti Donald Tramp dünya ölkələrinə qarşılıqlı tariflərin tətbiq edilməsi ilə bağlı fərman imzalayıb. Tariflərin tətbiq olunduğu ölkələr arasında Azərbaycan da var. Ölkəmiz üçün minimal 10% həcmində gömrük rüsumu müəyyən edilib.

Bəs görəsən, bu tarifin tətbiqi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli KONKRET.az-a açıqlamasında bildirib ki, tətbiq edilən rüsumların Azərbaycana ciddi təsiri yoxdur. Hətta Azərbaycan iqtisadiyyatı üçün müəyyən fürsətlər yaradır.

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb

“Keçən il Azərbaycanın ABŞ-a ixracatı 134 milyon dollar olub. ABŞ-dan idxal isə 1.6 milyard dollar təşkil edib. Yəni bizim ticarət balansımızda ABŞ-ın çox böyük üstünlüyü var.“

İqtisadçı qeyd edir ki, Trampın tətbiq etdiyi tariflər, ABŞ-ın üstünlüyü olmadığı ölkələrə yönəlib.

“Ona görə də, ölkəmizə cəmi minimal 10% həcmində gömrük rüsumu tətbiq edilib. Bunun ciddi təsirləri olmayacaq. Ən aşağı tariflərdən biridir. Fürsət yaranır ki, digər ölkələrlə rəqabətdə Azərbaycan məhsullarının Amerika bazarına daha çox çatdırılmasına nail olaq. Bunun üçün istehsalımız artmalıdır. Keyfiyyət yüksəlməlidir. Amerika bazarına daha çox mal çıxartmağa çalışmalıyıq.“

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*