“Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətini birmənalı dəstəkləyir” – Hikmət Hacıyevbackend

"Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətini birmənalı dəstəkləyir" - Hikmət Hacıyev

“Öncə vurğulamaq istərdim ki, Ermənistanın Tovuzda törətdiyi təxribatlar zamanı qardaş Türkiyənin Azərbaycana verdiyi misilsiz dəstəyi, ölkəmizdə keçirilmiş birgə hərbi təlimləri, Türkiyənin Müdafiə naziri başda olmaqla ordu rəhbərliyinin ölkəmizə səfərini yüksək qiymətləndiririk. Prezident İlham Əliyevin Türkiyənin Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən vurğuladığı kimi, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Biz daim bir-birimizin yanındayıq. Həm sevincli, həm də kədərli günlərimizdə. Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətini birmənalı olaraq dəstəkləyir. Hesab edirəm ki, Türkiyə beynəlxalq hüquqa uyğun olaraq bölgədə öz haqqını, maraqlarını və mənfəətini qoruyur”, – deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*