Azərbaycan və Ermənistan nümayəndələri Moskvadakı danışıqlarda sərhəd bölgəsindəki vəziyyəti müzakirə edəcəklər.
KONKRET.az xəbər verir ki, Moskvadakı mənbələr bu məlumatı SputnikArmenia-ya təsdiqləyiblər.
Erməni tərəfdən bugünkü danışıqlarda Silahlı Qüvvələr Baş Qərargahı rəisinin müavini Arşak Karapetyan və sərhəd qoşunları Baş Qərargah rəisi Arman Qasparyan, Azərbaycan tərəfdən – xarici kəşfiyyatın rəhbəri Orxan Sultanov iştirak edəcəklər.
Rusiyanı görüşü hazırlamaq üçün bir neçə gündür Moskvada olan sülhməramlı kontingent komandiri Rüstəm Muradov təmsil edəcək.
Xuraman Etibarlı
KONKRET.az
