Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi haqqında açıqlama verib.
O, Rusiyanın Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası riskini görmədiyini söyləyib:
“Mən burada irimiqyaslı hərbi əməliyyatın yenidən başlaması ilə bağlı hansısa açıq-aşkar və ümumiyyətlə, təhlükə görmürəm”.
XİN rəhbəri qətiyyətlə bildirib ki, Rusiya tərəfi bunun baş verməməsi üçün hər şeyi edəcək:
“Son vaxtlar təmas xəttində vəziyyət olduqca sakitdir, insidentlər azdır və onlar elə də böyük deyil”.
KONKRET.AZ bildirir ki, Sergey Lavrovun sözügedən bəyanatına münasibət bildirən xarici işlər nazirinin müavini Ramiz Həsənov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan XİN bu məsələdən məlumatlıdır:
“Ancaq Azərbaycan prezidentinin Rusiyada görüşləri başlayıb.
Bu məsələyə münasibət bildirməyə tələsməyək. Ölkə rəhbərlərinin görüşündən sonra hər şey aydın olacaq”.
