Azərbaycana COVID-19 peyvəndinin gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Azərbaycana COVID-19 peyvəndinin gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

“Bu gün, əsasən, payız aylarında müşahidə olunacaq qrip əleyhinə peyvəndlərin hazırlanması istiqamətində işlər gedir”.

KONKRET.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, koronavirus əleyhinə ən zərərsiz peyvəndin hazırlanması istiqamətində işlər görülür:

“Tez bir zamanda təsdiq olunmuş peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir”.

Y.Qarayeva əlavə edib ki, artıq iki həftədir koronavirusla bağlı Azərbaycanda xarici mütəxəssislər çalışırlar:

“İtaliyadan və Çindən gələn mütəxəssislərlə həm Bakıda, həm də regionlarda olan xəstəxanalarda görüşlər keçirilib. Keçirilən onlayn təlimlərə regionlarda olan bütün həkimlərimiz qoşulur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*