Azərbaycana genişmiqyaslı kiberhücumlar gözlənilir – XƏBƏRDARLIQbackend

Azərbaycana genişmiqyaslı kiberhücumlar gözlənilir - XƏBƏRDARLIQ

Azərbaycan elektron informasiya ehtiyatlarına qarşı genişmiqyaslı kiberhücumlar gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (KİMM) açıqlama yayıb.

“KİMM ölkəmizə qarşı keçirilən kiberhücumları nəzarətdə saxlayaraq 24/7 monitorinqini aparır və dövlət informasiya resurslarına qarşı iki gündür davam edən DDOS və digər tipli kiberhücumların qarşısını uğurla alır.

Dövlət və qeyri dövlət informasiya resursları inzibatçılarını, eləcə də fişinq tipli hücumlara qarşı vətəndaşları diqqətli və ayıq-sayıq olmağa çağırırıq”, – deyə açıqlamada bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*