Azərbaycanda 3 nəfər dağlıq ərazidə İTKİN DÜŞDÜbackend

Azərbaycanda 3 nəfər dağlıq ərazidə İTKİN DÜŞDÜ

Göyçay rayonunda 3 nəfər dağlıq ərazidə itkin düşüb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Göyçay sakinləri, şəhərin Şimal istiqamətindəki dağlıq ərazidə itmiş qoyunlarını axtararkən dərəyə düşüblər.

Köməksiz vəziyyətdə qalan şəxslər FHN-in “112” qaynar xətt mərkəzinə məlumat veriblər.

Hadisə yerinə cəlb edilən xilasedicilər hazırda itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirir.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*