Azərbaycanda bank sədrləri harada təhsil alıblar? – ARAŞDIRMAbackend

Azərbaycanda bank sədrləri harada təhsil alıblar? – ARAŞDIRMA

Azərbaycanda fəaliyyət göstərən banklar  müəyyən şəxslər – CEO-lar tərəfindən idarə olunur.

Həmin idarəçilərin təhsil səviyyəsi, hansı ixtisasa sahib olduqları, yəqin ki, hamıya maraqlıdır.

Konkret.az Banker.az saytına istinadən  olaraq,  bu dəfə 27 bankın İdarə Heyətinin sədrlərinin (CEO-lar) ixtisasları və harada təhsillərini başa vurduqlarını araşdırdıq və həmin siyahını təqdim edirik.

Anar Həsənov, CEO, Accessbank – O, İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin “Maliyyə” bölümündə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetində “Bank işi və kredit” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Həmçinin Pensilvaniya Universiteti nəzdində “Ali Bank Məktəbi”ni bitirib.

 

Aydın Hüseynov, CEO, AFB Bank –  Egey Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsində təhsil alıb, Ankara Universitetində “Tətbiqi riyaziyyat” ixtisası üzrə magistr və fəlsəfə doktoru dərəcəsinə yiyələnib.

 

Əfqan Cəlilov, CEO, AG Bank – Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin “Ümumi İqtisadiyyat” ixtisasında təhsil alıb.

 

Leyla Məmmədbəyli , CEO (v.i.e), Amrahbank – 2004-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergi və vergiqoyma” ixtisası üzrə bakalavr və magistr dərəcələrini alıb.

 

Dəyanət Quliyev, CEO, AtaBank – Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini və Bakı Dövlət Universitetinin “Hüquqşunaslıq” fakültəsini bitirib.

 

Doğan Tandoğan, CEO, Azərbaycan Sənaye Bankı – 1995-ci ildə “Orta Doğu Teknik Universiteti”nin Beynəlxalq Münasibətlər bölümündən, 2004-cü ildə “Azərbaycan Dövlət Neft Akademiyası”nın Biznesin idarə edilməsi bölümündən məzun olub.

 

Orxan Hüseynov, CEO, Azər Türk Bank –  O, 2002-2007 illərdə Bakı Dövlət Universitetində “İqtisadi kibernetika” üzrə bakalavr təhsili, 2007-2009 illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə üzrə MBA təhsili alıb.

 

Rüfət Kərimov, CEO, Bank Avrasiya – 1985-ci ildə Azərbaycan Texniki Universitetinin “Radiotexnika” fakültəsini bitirib.

 

Eldar Həmidov, CEO, Bank of Baku – 1993-1997-ci illərdə Xəzər Universitetində əvvəl hüquq, sonra isə biznes idarəçilik ixtisası üzrə təhsil alıb. 2002-2003-cü illərdə Britaniyanın «Heriot-Watt University» universitetində beynəlxalq bank və maliyyə təhsili alıb.

 

Emil Rzayev, CEO, Bank BTB – 2001-ci ildə Ali İctimai – Siyasi Kolleci bitirib Hüquqşünaslıq üzrə bakalavr təhsili alıb. 1994-2000 cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetini Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr və magistr dərəcəsi ilə bitirib. 2014 –ci ildə Rusiya Federasiyası höküməti yanında Maliyyə Universiteti nəzdində Maliyyə Universitetinin Bank idarəçiliyi ixtisası üzrə MBA alıb.

 

Tariyel İsmayılov, CEO, Bank Respublika – 2003-cü ildə Milli Aviasiya Akademiyası, 2007-ci ildə Azərbaycan Texnologiya Universitetini “İnzibati İdarəetmə” ixtisası üzrə bitirib.

 

Mahir Nəcəfov, CEO, Premium Bank – Azərbaycan Politexnik Universitetinin “Maşınqayırma texnologiyası” fakültəsini “Mühəndis-Mexanik” ixtisası üzrə Magistr dərəcəsi ilə bitirmişdir.

 

Kirin Yevgeni Anatolyeviç, CEO, Bank VTB – 2001-ci ildə- Orlov dövlət texniki universitetin Maliyyə-iqtisadiyyat fakultəsini bitirib.

 

Mehman Məmmədov, CEO (v.i.e) Expressbank – Azərbaycan İnşaat Mühəndisləri Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.

 

Zaur Əhmədov, CEO, Günaybank – 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti yaninda Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakultəsini bitirib.

 

Elxan Ağayev, CEO, Xalqbank – Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsini bitirib.

 

Rövşən Allahverdiyev, CEO, Kapital Bank – O, 1989-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və sosiologiyası” fakültəsində oxuyub. İxtisasca iqtisadçıdır.

 

Elmir Həsənov, CEO, Muğanbank – Azərbaycan Dövlət İqtisadiyyat Universitetini bitirib.  “Strathclyde Business School”-da MBA proqramını bitirib.

Azər Məmmədov, CEO, Naxçıvanbank – 1986-1990-cı illərdə Naxçıvan Sovxoz Texnikumunu Mühasibat uçotu peşəsi üzrə bitirib. Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu nəzarəti və təsərrüfat fəaliyyətinin təhlili ixtisasına qəbul olunmuş və oranı 1996-cı ildə bitirmişdir.


Səid Qasımov, CEO(v.i.e), NBCBank – 1999 – 2003-cü illərdə Qərb Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakultəsində bakalavr dərəcəsi üzrə təhsil alıb. 2003 – 2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq Biznes” fakultəsində MBA magistr dərəcəsi üzrə təhsil alıb.

 

Nikoloz Şurqaia, CEO, Nikoil Bank – Tiflis Dövlət Universitetinin İqtisadiyyat ixtisası üzrə məzunudur, MBA dərəcəsini isə London Biznes Məktəbində alıb.

 

Taleh Kazımov, CEO, Paşa Bank – Ali təhsilini 2000-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsində alıb. Həmçinin, o, Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə və ABŞ-ın Georgia State Univercity-ində maliyyə sahəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

 

Elçin Qədimov, CEO, Rabitəbank –  Azərbaycan İqtisad Universitetinin Mühasibat Uçotu və Audit  fakultəsini bakalavr və magistr dərəcəsi ilə bitirib. ABŞ-ın Cənubi Alabama Universitetində MBA dərəcəsini alıb.

 

Fəzail Musayev, CEO, TuranBank – Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə-Kredit” fakultəsini bitirib.


Faiq Hüseynov, CEO, Unibank –  O, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu “Tikintinin İqtisadiyyatı və təşkili” ixtisası üzrə bitirib.

 


Cenk Yüksel, CEO, Yapı Kredi Bank Azərbaycan – 1991-1996-cı illərdə Gazi Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsini bitirib.

 


Avni Demirci, CEO, Ziraat Bank Azərbaycan –  O, 1987-1991 illərdə “19 Mayıs Universitesi”ni oxuyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*