Azərbaycanda bankda KÜTLƏVİ YOLUXMA – 50 nəfər karantinə alındıbackend

Azərbaycanda bankda KÜTLƏVİ YOLUXMA - 50 nəfər karantinə alındı

AFB Bank ASC-də işçilərin kütləvi koronavirusa yoluxma faktı aşkarlanıb.

KONKRET.az NOCOMMENT.az-a istinadən məlumat verir ki, bir müddət əvvəl AFB Bank-da işçilər arasında kütləvi yeni COVİD-19 virusuna yoluxma müəyyən edilib. Qısa müddət ərzində bankın təqribən 50 nəfərə yaxın əməkdaşı karantinə alınıb.

Bank işçiləri arasında aşkar edilən kütləvi yoluxma bankın gündəlik iş rejiminə ciddi təsir edib.

Belə ki, bank filiallarında əməkdaşlar arasında mütəxəssis çatışmazlığı yaranıb. Bu zaman bank rəhbərliyi işçilər arasında rotasiya yolu ilə transfer həyata keçirir.

Bankın rəsmi səhifəsində qeyd edilən nömrələr ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

Qeyd edək ki, “AFB Bank” ASC 2008-ci il tarixdə Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış və 2009-cu ildən etibarən fəaliyyətə başlayıb.

  • Murad
    İyul 10, 2020 - 17:18

    Xeber yazanda hansisa bir menbeye istinad edin, yalan melumati ozunuze saxliyin. Yazmisiniz ki , 50 nefer virusa yoluxub ,banka zeng vurdug cavab verilmedi , cavab verilmeyibse melumatin tesdiqi demekdir ??? Hemin bankda isleyenlerin yaxinlari oxuya biler biler bunu ,esassiz narahatliq kecirerler deye cavabdehlik dasiyirsiz ?? Indi izah verin bu yalan melumati niye yaymisiz . Men hemin bankda isleyirem bele bir hal yoxdur burda. Xeber portalinizin adindan bilinir ele ne qeder konkret melumat yazdiginiz. Reytinqe gore insanlari aldatmayin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*