Azərbaycan Kooperasiya Universitetinin rəhbərliyi dərsə gələn bir qrup tələbənin ali təhsil ocağına daxil olmasına icazə verməyib.
KONKRET.az xəbər verir ki, buna səbəb həmin tələbələrin saqqallı olması ilə əlaqələndirilib. Redaksiyamıza adının çəkilməsini istəməyən tələbənin verdiyi məlumata görə, rektor saqqallı tələbələrə qarşı daha ciddi tədbirlərin görüləcəyini deyib.
Qeyd edək ki, son zamanlar bir sıra ali təhsil ocaqları daxili qaydalarına istinad edərək tələbələr üçün bu cür məhdudiyyətlər tətbiq edir.
Gül Qədirli,
KONKRET.az

Etibar Əliyev özü yəəqin saqqal saxlayır ona görə belə deyir. Mənim fikrimcə təhsil ocaqlarındada daxili nizam intizam olmalıdır və hər bir tələbə buna əməl etməlidir!
Tələbənin bir məqsədi olmalı. Oxumaq. Universitet daxilində qayda qanina riayət olunmalıdır.Saqqal saxlamaq guya azadlıqdırsa onda onlar bacııarınında hərəkətlərinə müdaxiiıə etməməlidirlər.Onlarda sabahdan mini bikini ilə dərsə gəlsinlər.Azadlıq onlarada aiddir.
Məndə doğru qərardı hər şeyin öz qaydası var saqqalın da saxlanma qaydası var