Sumqayıtda yol çökdübackend

Sumqayıtda yol çökdü

Sumqayıtın Üzeyir Hacıbəyli küçəsində avtomobil yolunda çökmə baş verib.

KONKRET.az report-a istinadla xəbər verir ki, nəticədə yolun hərəkət hissəsində təxminən 5 metr diametrlik iri oyuq yaranıb.

Çökməyə səbəb kimi kanalizasiya xəttində qəzanın baş verməsi göstərilir.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, hazırda təhlükəsizlik tədbirləri görülür və problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*