Azərbaycanda bu futbol klubu 400 min manata satıldıbackend

Azərbaycanda bu futbol klubu 400 min manata satıldı

“Cəbrayıl” növbəti mövsümdə I Liqada çıxış etməyəcək. “Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynovla Şahin Məmmədovun həmtəsisçisi olduğu klub satılıb.

KONKRET.az Futbolinfo.az-a istinadən xəbər verir ki, sözügedən şəxslər klubu gəncəli iş adamlarına satıblar. “Gəncəbasar” futbol klubu məhz “Cəbrayıl”ın hüquqi varisi olacaq. Tərəflər 400 min manata bazarlıq ediblər. Gəncəli iş adamları hüquqi sənədləri sahmana saldıqdan sonra komandanın adı dəyişdiriləcək.

“Gəncəbasar”ın idarəçiləri tanınmış “Kəpəz”in İdarə Heyətinin sabiq sədri – ötən mövsümün əvvəlində istefaya gedən Namiq Qədirov və sabiq icraçı direktor İlqar Nadiri olacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*