Azərbaycanda daha bir azyaşlı qız evləndirilir – DİN məsələni nəzarətə götürdübackend

Azərbaycanda daha bir azyaşlı qız evləndirilir – DİN məsələni nəzarətə götürdü

Göyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakinin valideynləri toy etməyə hazırlaşırlar.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O deyib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb: “Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*