Azərbaycanda daha bir həkim COVID-19-dan öldü – Aparıcının bibisidirbackend

Azərbaycanda daha bir həkim COVID-19-dan öldü - Aparıcının bibisidir

Azərbaycanda daha bir həkim COVID-19-dan vəfat edib.

KONKRET.az-ın  məlumatına görə, həkim-pediatr Gülnarə Xəlilova ötən gün virusla mübarizədə məğlub olub.

Mərhum “Xəzər” televiziyasının aparıcısı Yusif Kərimlinin bibisidir.

O bildirib ki, bibisi Gülnarə Xəlilova ötən gün Mərkəzi Neftçilər Xəstəxanasına vəfat edib:

“Dünən yazıq bibim bizə söz verdi ki, 10 gün dözə bilsə, virusa qalib gələcək. Amma bir gün də olsa, dözə bilmədi. Lənətə gəlmiş şəkər imkan vermədi. Özü neçə xəstə uşağı sağaltdı. Amma bu gün dünyaya gözünü yumdu”.

Qeyd edək ki, həkim-pediatr şəkər xəstəliyindən də əziyyət çəkirmiş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*